Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

17 mart 2014-cü il saat 14:15-dək:

Cəlilabad rayonu, Əliqasımlı kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 195 kv.m olan tövlənin tavanı 45 kv.m sahədə və içərisinə yığılmış 3 ton ot bağlamasının 1,5 tonu yanmışdır. 

17 mart 2014-cü il saat 08:00-dək:

Neftçala rayonu, Qədimkənd kəndində (rayon mərkəzindən 26 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan tikilinin dam örtüyünün yanar konstruksiyaları yanmışdır...

17 mart 2014-cü il saat 03:00-dək:

Ağdam rayonu, Qaradağlı kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və tövlənin içərisinə yığılmış 3 ton ot bağlamasının 1,5 tonu yanmışdır...

17 mart 2014-cü il saat 00:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalmışdır...

16 mart 2014-cü il saat 23:00-dək:

Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 25 kv.m sahədə yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur...

16 mart 2014-cü il saat 22:00-dək:

Sumqayıt şəhərində sahibi məlum olmayan ümumi sahəsi 200 kv.m olan çörəkbişirmə sexinin içərisinə yığılmış məişət tullantıları 100 kv.m sahədə və sexin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə yanmışdır.

16 mart 2014-cü il saat 21:45-dək:

Ağdaş rayonu, Mürsəl kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 105 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 60 kv.m sahədə və dama yığılmış 1.4 ton ot bağlaması yanmışdır...

16 mart 2014-cü il saat 20:00-dək:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağında paltar şkafı 3 kv.m sahədə yanmışdır...

16 mart 2014-cü il saat 18:00-dək:

Kürdəmir rayonu, Çöhranlı kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 210 kv.m olan fermanın dam örtüyünün yanar konstruksiyaları 185 kv.m sahədə və çardağına yığılmış 5 ton ot bağlamasının 3 tonu yanmışdır...

16 mart 2014-cü il saat 16:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr