Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

15 mart 2015-ci il saat 17:30-dək :

Beyləqan rayonu, Şəfəq qəsəbəsində vətandaşa məxsus ümumi sahəsi 150 kv.m olan tövlənin qamışdan ibarət dam örtüyü 100 kv.m sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

15 mart 2015-cü il saat 08:30-dək :

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli çayxananın damında 1 ədəd döşək yanmışdır. Çayxana yanğından  mühafizə olunmuşdur...

15 mart 2015-cü il saat 03:15-dək :

Zaqatala rayonu, Kəpənəkci kəndində vətəndaşa məxsus ümumi sahəsi 176 kv.m olan talvarın yanar konstruksiyaların 72 kv.m sahədə və altına yığılmış 3 ton ot bağlaması yanmışdır...

14 mart 2015-cü il saat 15:50-dək :

Saatlı rayonu, Azadkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli, 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır...

14 mart 2015-cü il saat 15:15-dək:

Bakı şəhəri, Qaradağ rayonunda Binə ticarət mərkəzində vətəndaşa məxsus ümumi sahisə 40 kv.m olan mağazanın yanar konstruksiyaları yanmışdır...

13 mart 2015-ci il saat 21:45-dək:

Siyəzən rayonu, Qalaşıxı kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus “MERCEDES” markalı minik avtomobilinin yanar hissələri yanmışdır.

13 mart 2015-cü il saat 17:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda mənzildə 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır.

13 mart 2015-ci il saat 14:45-dək:

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində 8 ədəd elektrik sayğacı və vətəndaşa məxsus 1 ədəd qaz sayğacı yanmışdır.

13 mart 2015-ci il saat 14:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır.

13 mart 2015-ci il saat 00:45-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr