Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

28 mart 2015-ci il saat 21:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır.

28 mart 2015-ci il saat 19:45-dək:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan taxta konstruksiyadan ibarət birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanmışdır.

28 mart 2015-ci il saat 13:20-dək:

Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 204 kv.m olan birmərtəbəli 7 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 16 kv.m sahədə yanmışdır.

28 mart 2015-ci il saat 03:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri,Xətai rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 22:37-də başa çatmışdır.

27 mart 2015-ci il saat 22:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda yaşayış binasının liftində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur....

27 mart 2015-ci il saat 19:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonunda yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 18:00-da başa çatmışdır.

27 mart 2015-ci il saat 15:00-dək:

Xızı rayonu, Tıxlı kəndində vətandaşa məxsus “HYUNDAİ” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

27 mart 2015-ci il saat 14:30-dək:

Salyan şəhərində vətandaşlara məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və yaxınlıqda olan ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyü 1 kv.m sahədə  yanmışdır...

27 mart 2015-ci il saat 12:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonunda  1 nəfərin su quyusunda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur...

27 mart 2015-ci il saat 08:15-dək:

Quba rayonu, Xucbala kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli mansard tipli evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları  20 kv.m sahədə, 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 kv.m sahədə  və mansardın yanar konstruksiyaları 60 kv.m sahədə...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr