Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

16 iyul 2015-ci il saat 21:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 600 kv.m olan (hər mərtəbəsi 200 kv.m) ikimərtəbəli “GREEN-CİTY” otelinin mansardının çardağı 60 kv.m sahədə  yanmışdır. Otelin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

16 iyul 2015-ci il saat 19:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər giriş qapısını açmış və mənzildə insan faktoru...

16 iyul 2015-ci il saat 18:00-dək, ilkin məlumata əsasən:

Cəlilabad rayonu, Üçtəpə kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 15 ha biçilmiş taxıl sahəsi və 1 ədəd elektrik dirəyi qismən yanmışdır. Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

16 iyul 2015-ci il saat 17:30-dək, ilkin məlumata əsasən:

Ağdaş rayonu, Ağzıbir kəndində vətəndaşa məxsus ümumi sahəsi 208 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları 190 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

16 iyul 2015-ci il saat 17:00-dək, ilkin məlumata əsasən:

Masallı rayonu, Qızılağac kəndində vətəndaşa məxsus həyətyanı sahədə 4 ton ot bağlamasnın 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlığdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

16 iyul 2015-ci il saat 14:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan hinin yanar konstruksiyaları və ətrafında 20 kv.m sahədə quru ot yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

16 iyul 2015-ci il saat 10:00-dək, ilkin məlumata əsasən:

Beyləqan rayonu, Eyvazlılar kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 36 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

16 iyul 2015-ci il saat 09:10-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qaradağ rayonu ərazisində “DAMAS” markalı yük avtomobili yoldan çıxaraq aşmış və yol kənarındakı işıq dirəyinə çırpılmışdır. Qəza nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü xilasedicilər tərəfindən çıxarılaraq Təcili Tibbi Yardım...

16 iyul 2015-ci il saat 07:45-dək, ilkin məlumata əsasən:

Ağdaş rayonu, Gürcüva kəndində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı fin tipli evin yanar konstruksiyaları və ev əşyaları  yanmışdır.

16 iyul 2015-ci il saat 02:20-dək, ilkin məlumata əsasən:

Yevlax rayonunda vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan  çayxananın lambirdən ibarət tavan 75 kv.m sahədə  yamışdır. Bitişik obyektlər yanğından mühafizə olunmuşdur.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr