Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

30 sentyabr 2015-ci il saat 21:30-dək, ilkin məlumata əsasən:

Salyan rayonu, Seyidlər kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış...

30 sentyabr 2015-ci il saat 18:00-dək, ilkin məlumata əsasən:

Tovuz rayonu, Bayramlı kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 20 ha sahədə kol-kos və quru ot yanmışdır. Yaxınlıqdakı digər sahələr yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

30 sentyabr 2015-ci il saat 16:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda mənzildə 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin giriş qapısını açaraq uşağı xilas etmiş və...

30 sentyabr 2015-ci il saat 11:15-dək, ilkin məlumata əsasən:

Masallı rayonu, Sərçuvar kəndində vətəndaşa məxsus ümumi sahəsi 1236 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 750 kv.m sahədə və içərisinə yığılmış 60 ton ot bağlamasının 50 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat...

30 sentyabr 2015-ci il saat 09:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Yanğınsöndürən-xilasedicilər mənzilin qapısını açmış və azyaşlını aidiyyəti...

30 sentyabr 2015-ci il saat 08:40-dək, ilkin məlumata əsasən:

Abşeron rayonu, Masazır kəndində sahibi məlum olmayan ümumi sahəsi 5 kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları və ətrafında məişət tullantıları 20 kv.m. sahədə yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

30 sentyabr 2015-ci il saat 03:10-dək, ilkin məlumata əsasən:

Ağcabədi rayonu, Mehrablı kəndində vətəndaşa məxsus “Belarus” markalı qoşqulu traktorun kabinə hissəsi və arxa sol təkəri yanmışdır. Traktorun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

30 sentyabr 2015-ci il saat 02:45-dək, ilkin məlumata əsasən:

Göranboy rayonu, Gürzallar kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış ümumi çəkisi 9 ton olan ot tayasının 5 tonu yanmışdır. Ot tayasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

29 sentyabr 2015-ci il saat 23:20-dək, ilkin məlumata əsasən:

Ağsu rayonu, Qəşəd kəndində bələdiyyəyə məxsus ərazidə  250 ha  biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

29 sentyabr 2015-ci il saat 22:20-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər texniki nasazlıq səbəbindən liftin qapıları arasında sıxılmış vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər liftin qapısını...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr