Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

03 mart 2019-cu il saat 11:10-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Səbail rayonunda ağırçəkili 1 nəfərin yaşadığı mənzilinə qaldırılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub...

03 mart 2019-cu il saat 08:45-dək:

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının zirzəmisində 20 m² sahədə məişət tullantıları yanıb.

03 mart 2019-cu il saat 04:00-dək:

Bakı şəhərinin Qaradağ rayonunda ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 53 m² olan 3 otaqlı mənzilin hamam otağı və mətbəxi arasındakı taxta konstruksiyalardan ibarət arakəsmə 12 m² sahədə yanıb.

03 mart 2019-cu il saat 03:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin barmağında olan üzük sıxılaraq qalıb.

02 mart 2019-cu il saat 20:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

02 mart 2019-cu il saat 19:00-dək:

Biləsuvar rayonunun Səmədabad kəndində ümumi sahəsi 50 m² olan tövlənin yanar konstruksiyaları 20 m² sahədə yanıb.

02 mart 2019-cu il saat 17:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

02 mart 2019-cu il saat 16:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında 6 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

02 mart 2019-cu il saat 11:30-dək:

Bakı şəhərinin Binəqədi rayonunda "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin ümumi sahəsi 800 m² olan birmərtəbəli təlim məşq binasında sauna otağının lambirindən ibarət üzlüyü 40 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 600 m² sahədə yanıb.

02 mart 2019-cu il saat 10:00-dək:

Bakı şəhərinin Binəqədi rayonunda futbol məktəbinin ərazisində baş vermiş yanğın saat 09:48-də Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr