FHN və Bolqarıstan Respublikasının müvafiq qurumları arasındaki əməkdaşlıq barədə qısa məlumat
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə ABŞ-ın müvafiq qurumları arasında əməkdaşlıq 17-23 dekabr 2006-cı il tarixində ABŞ-ın Birgə Əlaqə Komanda Proqramı çərçivəsində Oklahoma ştatının Oklahoma və Yeni Meksika şəhərlərində Mülki Orqanlara Hərbi Dəstəkdə İdarəetmə və Nəzarət tədbirində Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinin iştirakı ilə başlamışdır.
Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş Azərbaycan və ABŞ arasında təhlükəsizlik dialoqunun növbəti mərhələsində iştirak etmək məqsədilə fövqəladə hallar nazirinin müavini Faiq Cavad oğlu Tağı-zadə həmin ölkədə səfərdə olmuşdur.
ABŞ-ın Ohayo Ştatının Sinsinati şəhərində “İcma Əlaqələri Proqramının tərkib hissəsi olan şəhərsalma mübadilə proqram”ında Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nümayəndəsi iştirak etmişdir.
ABŞ-ın Qərbi Virciniya ştatının Morqantaun şəhərində ABŞ Dövlət Departamenti tərəfindən keçirilən “Partlayıcı maddələrin və qurğuların zərərsizləşdirilməsinin təkmilləşdirilməsinə dair təlim kursu”nda Nazirliyin Mülki müdafiə qoşunlarının nümayəndələri iştirak etmişlər.
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında növbəti təhlükəsizlik dialoqunda iştirak etmək məqsədi ilə Fövqəladə hallar nazirinin müavini Orucəli Məmməd oğlu Hacıyev Amerika Birləşmiş Ştatlarında səfərdə olmuşdur.
Azərbaycan Respublikası Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Metyu Brayzanı qəbul etmişdir.
Amerika Birləşmiş Ştatlarının “Honewell Process Solutions” şirkətinin strateji ölkələr üzrə Vitse-prezidenti Kris Spiarın başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikası Fövqəladə hallar nazirinin birinci müavini general-leytenant Rəfail Mirzəyev arasında görüş keçirilmişdir.
Azərbaycanda Amerika Ticarət Palatasının Aylıq İşgüzar naharında Azərbaycan Respublikasının Fövqəladə hallar naziri cənab general-polkovnik Kəmaləddin Heydərov iştirak etmişdir.
Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş Azərbaycan və ABŞ arasında təhlükəsizlik dialoqunun növbəti (13-cü) mərhələsində iştirak etmək məqsədilə fövqəladə hallar nazirinin müavini Ragim Əhəd oğlu Lətifov həmin ölkədə səfərdə olmuşdur.
Amerika Birləşmiş Ştatlarının Oklahoma Milli Qvardiyasının komandanı general-mayor Mayls Dirinqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Fövqəladə hallar nazirinin müavini Faiq Cavad oğlu Tağı-zadə arasında görüş keçirilmişdir.
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Riçard Morninqstarı qəbul etmişdir.
Azərbaycan Respublikasının fövqəladə hallar nazirin müavinləri Faiq Tağı-zadə və Ragim Lətifov ilə Oklahoma Milli Qvardiyasının Komandanı general-leytenant Maylz Deerinqin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir.
ABŞ-ın Oklahoma Milli Qvardiyasının Komandanı general-leytenant Maylz Deerinqin dəvəti ilə Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatında yerləşən Kemp Qruber Təlim Mərkəzində fövqalədə halların nəticələrinin aradan qaldırılması məsələlərinə həsr olunmuş “Müştərək Qartal” adlı təlimində Nazirliyin nümayəndələri iştirak etmişdir.