Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Milli Strateqiyanın yaradılması ilə bağlı Əlaqələndirmə Qrupunun iclası keçirilmişdir

Fövqəladə Hallar Nazirliyi Fəlakət Risklərinin Azaldılması üzrə Sendai Çərçivə Sənədindən irəli gələn hədəflərin milli səviyyədə həyata keçirilməsinin əlaqələndirilməsini və fəlakət risklərinin azaldılması üzrə milli strategiyanın hazırlanmasını həyata keçirir. 

Sözügedən fəaliyyətin davamı kimi və milli strategiyaya aid olan göstəricilərin təmin edilməsi məqsədi ilə müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə 24 iyun 2020-ci il tarixdə Milli Strateqiyanın yaradılması ilə bağlı Əlaqələndirmə Qrupunun video-konfrans formatlı iclası keçirilmişdir.

Görüş zamanı BMT-nin Fəlakət Riskinin Azaldılması üzrə Ofisi tərəfindən üzv ölkələr üçün məlumat  toplusu və təhlili təminatı üçün yaradılmış vahid elektron portal barədə iştirakçılara məlumat verilmişdir. Bildirilmişdir ki, qeyd edilən Fəlakət Risklərinin azaldılması üzrə Sendai Monitorinq Platformasında hər ölkə üçün xüsusi bölmədə Qlobal Məqsədlər və Daimi İnkişaf Məqsədləri üzrə statistik və təhlil xarakterli məlumatların toplanması təmin edilir. Eyni zamanda adı çəkilən platformada aidiyyəti dövlət qurumları tərəfindən müvafiq məlumatların yerləşdirilməsi qaydaları görüş iştirakçılarının diqqətinə çatdırılmışdır.

Bununla yanaşı görüş zamanı maraq doğuran bir sıra məsələlər ətrafında müzakirələr aparılmışdır.

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu