Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

01 aprel 2025-ci il saat 06:05-dək:

Qax rayonunun Qarabaldır kəndində ümumi sahəsi 30 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan bitişik ümumi sahəsi 176 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin çardağının taxta atmaları 20 m² sahədə qarsalanıb. Tikilinin və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

01 aprel 2025-ci il saat 06:00-dək:

Bakı şəhərinin Sabunçu rayonunda həyətyanı sahədə tikilən ümumi sahəsi 20 m² olan hamam otağının taxtadan ibarət tavanı 6 m² sahədə və sauna hissəsinin yanar konstruksiyaları 4 m² sahədə yanıb. Hamam otağının qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

01 aprel 2025-ci il saat 01:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran şəhərində 1 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu