
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 01 iyul 2026-cı il saat 20:40-dək:
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Mahmudoba kəndində ümumi sahəsi 75 m² olan tövlənin yanar konstruksiyaları 55 m² sahədə və yaxınlıqdakı həyətyanı ərazidə 0,9 ha sahədə quru ot yanıb. Tikilinin qalan hissəsi və ətraf ərazi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.













