Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

01 oktyabr 2024-cü il saat 19:00-dək:

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək kəndində ümumi sahəsi 16 m² olan köməkçi tikilinin tavanı 6 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

01 oktyabr 2024-cü il saat 18:10-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunda açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

01 oktyabr 2024-cü il saat 15:30-dək:

Bakı şəhərinin Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümümi sahəsi 200 m² olan 4 otaqlı mənzilin bir otağında 1 ədəd ev əşyası və 1 ədəd məişət avadanlığı yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

01 oktyabr 2024-cü il saat 15:15-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 960 m² (hər mərtəbəsi 480 m²) olan ikimərtəbəli 6 otaqlı evin birinci mərtəbəsinin mətbəxində 5 paq.m mətbəx mebeli və 2 ədəd məişət avadanlığı yanıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

01 oktyabr 2024-cü il saat 15:00-dək:

Bərdə rayonunun Mollaisalar kəndində ümumi sahəsi 96 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 96 m² sahədə və içərisində 2 ədəd məişət avadanlığı yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

01 oktyabr 2024-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 xilasetmə əməliyyatı keçirilib. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərə müvafiq köməklik göstərilib.

01 oktyabr 2024-cü il saat 07:30-dək:

Hacıqabul rayonunun Abdulabad kəndində ümumi sahəsi 900 m² (hər mərtəbəsi 450 m²) olan ikimərtəbəli 16 otaqlı evin yanar konstruksiyaları 800 m² sahədə, evə bitişik, ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları və ümumi sahəsi 90 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 60 m² sahədə yanıb. Evin və tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

01 oktyabr 2024-cü il saat 07:45-dək:

Sumqayıt şəhərində “Mercedes" markalı yük avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Fhn akademiya
Elmi-texniki Jurnalı akademiya
Tibb Xidmeti

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu