Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

04 aprel 2025-ci il saat 12:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində, dənizdən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

04 aprel 2025-ci il saat 07:30-dək:

Quba rayonunda ümumi sahəsi 100 m² (hər mərtəbəsi 50 m²) olan ikimərtəbəli obyektin birinci mərtəbəsində yerləşən ərzaq mağazasının xarici divarına quraşdırılan 1 ədəd elektrik sayğacı və 2 paq.m kabel yanıb. Obyek yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

04 aprel 2025-ci il saat 06:30-dək:

Neftçala rayonunun Bankə qəsəbəsində ümumi sahəsi 80 m² olan taxta konstruksiyalardan ibarət tikili yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qaynar xətt

Faydalı keçidlər

e-gov.az