
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 04 fevral 2026-cı il saat 13:00-dək:
Goranboy rayonunun Qızılhacılı qəsəbəsində ümumi sahəsi 180 m² olan tövlənin yanar konstruksiyaları 140 m² sahədə və çardağına yığılan 30 ton ot bağlaması yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
04 fevral 2026-cı il saat 11:45-dək:
Masallı rayonunun Xırmandalı kəndində ümumi sahəsi 2200 m² (hər mərtəbəsi 1100 m²) olan ikimərtəbəli məktəb binasının 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə yanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
04 fevral 2026-cı il saat 08:15-dək:
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.












