
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 05 may 2026-cı il saat 13:30-dək:
Sumqayıt şəhərində ümumi sahəsi 160 m² olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 44 m² sahədə yanıb. Yüksək temperaturdan hamam otağının lambirdən ibarət tavanı 4 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
05 may 2026-cı il saat 09:00-dək:
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri və Abşeron rayonunda bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 əməliyyat keçirilib. Həyata keçirilən tədbirlər nəticəsində 1-i uşaq olmaqla 2 nəfər xilas edilib, 2 nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.













