Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

06 aprel 2025-ci il saat 23:30-dək:

Samux şəhərində “ГАЗ” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

06 aprel 2025-ci il saat 22:15-dək:

Bakı şəhərində “BMW” markalı minik avtomobilinin mühərrik hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

06 aprel 2025-ci il saat 22:10-dək:

Biləsuvar rayonunun Günəşli kəndində ümumi sahəsi 192 m² (hər mərtəbəsi 96 m²) olan taxta konstruksiyalardan ibarət ikimərtəbəli 6 otaqlı evin yanar konsturksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

06 aprel 2025-ci il saat 19:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

06 aprel 2025-ci il saat 19:20-dək:

Beyləqan rayonunun Birinci Aşıqlı kəndində ferma ərazisində 400 m² kol-kos və ümumi sahəsi 100 m² olan qamışdan ibarət tövlə yanıb. Ferma yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

06 aprel 2025-ci il saat 17:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

06 aprel 2025-ci il saat 15:45-dək:

Sabirabad şəhərində həyətyanı ərazidə 70 m² sahədə kol-kos və ümumi sahəsi 24 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 4 m² sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

06 aprel 2025-ci il saat 15:30-dək:

Salyan şəhərində “Kia” markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlığı yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

06 aprel 2025-ci il saat 15:15-dək:

Ucar rayonunun Məlikballı kəndində ümumi sahəsi 300 m² olan talvarın yanar konstruksiyaları, yaxınlığında yığılan 3 ton ot bağlamalası və 1 ədəd qoşqu yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

06 aprel 2025-ci il saat 14:15-dək:

İsmayıllı rayonunun Qalınçaq kəndində ümumi sahəsi 60 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 5 ton ot bağlaması yanıb. Bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

06 aprel 2025-ci il saat 12:45-dək:

Ağcabədi rayonunun Ağabəyli kəndində açıq ərazidə 1 ha qamışlıq sahə, yaxınlıqdakı fermanın ərazisində 1 ton ot bağlaması və ümumi sahəsi 140 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

06 aprel 2025-ci il saat 04:45-dək:

Masallı rayonunun İkinci Yeddioymaq kəndində ümumi sahəsi 270 m² (hər mərtəbəsi 135 m²) olan ikimərtəbəli 4 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin tavanı 12 m² sahədə, 3 paq.m mətbəx mebeli və 1 ədəd soyuducu yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

06 aprel 2025-ci il saat 00:30-dək:


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 3 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.

Qaynar xətt

Faydalı keçidlər

e-gov.az