

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


06 mart 2025-ci il saat 06:15-dək:
Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 150 m² olan sexin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
06 mart 2025-ci il saat 05:30-dək:
Bakı şəhərinin Nərimanov rayonunda "Ford" markalı yük avtomobilinin mühərrik hissəsi və kabinəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
06 mart 2025-ci il saat 00:15-dək:
Lənkəran şəhərinin Sütəmurdov kəndində ümumi sahəsi 30 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 12 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.