Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

09 aprel 2026-cı il saat 06:00-dək:

Bərdə şəhərində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 93 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

09 aprel 2026-cı il saat 05:50-dək:

Bakı şəhərinin Binəqədi rayonunda "Volvo" markalı yük avtomobilinin kabina hissəsi və yaxınlıqda dayanan "Scania" markalı yük avtomobilinin qoşqusunun üzərinə çəkilən tent üzlük yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb, xəsarət alan şəxsə yerində ilkin tibbi yardım göstərilib. Yük avtomobillərinin qalan hissəsi və ərazidə dayanan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

09 aprel 2026-cı il saat 03:00-dək:

Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində ümumi sahəsi 204 m² olan ikimərtəbəli 3 otaqlı evin birinci mərtəbəsinin tavanı 55 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qaynar xətt
Tibb Xidmeti
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu