

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


09 iyul 2024-cü il saat 07:45-dək:
Ağdam rayonunun Mirəşelli kəndində ümumi sahəsi 72 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 30 ton ot bağlamasının 15 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
09 iyul 2024-cü il saat 05:00-dək:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunubar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.
09 iyul 2024-cü il saat 03:30-dək:
İmişli şəhərində ümumi sahəsi 28 m² olan 2 otaqlı köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
09 iyul 2024-cü il saat 03:15-dək:
Lənkəran şəhərində ümumi sahəsi 64 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
09 iyul 2024-cü il saat 02:45-dək:
Siyəzən rayonunun Balaca Həmyə kəndində ümumi sahəsi 30 m² olan qarajın dam örtüyünün yanar konstruksiyaları və içərisində dayanan "ГАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
09 iyul 2024-cü il saat 02:30-dək:
Masallı şəhərində bir dam altında tikilən ümumi sahəsi 3200 m² olan müxtəlif təyinatlı obyektlərdən sahəsi 160 m² olan mağazanın dam örtüyünün yanar konstruksiyaları 8 m² sahədə yanıb. Mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
09 iyul 2024-cü il saat 02:25-dək:
Sabirabad rayonunun Rüstəmli kəndində həyətyanı sahədə yığılan 15 ton ot bağlamasının 8 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
09 iyul 2024-cü il saat 02:15-dək, ilkin məlumata əsasən:
Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.
09 iyul 2024-cü il saat 01:15-dək:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.
09 iyul 2024-cü il saat 01:05-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.