Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

10 aprel 2026-cı il saat 07:30-dək:

Tərtər rayonunun Mamırlı kəndində ümumi sahəsi 90 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yanğın zamanı tikilinin içərisində olan ev quşları tələf olub. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

10 aprel 2026-cı il saat 07:20-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Volvo” markalı yük avtomobili yol kənarındakı reklam lövhəsinə çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsindən 1 nəfər yaralı vəziyyətdə çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

10 aprel 2026-cı il saat 02:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində 1 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Qaynar xətt
Tibb Xidmeti
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu