

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


AZ
10 iyul 2024-cü il saat 08:00-dək:
Sumqayıt şəhərində "Volkswagen" markalı minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
10 iyul 2024-cü il saat 01:00-dək:
Mingəçevir şəhərində "Opel" və "ВАЗ" markalı iki minik avtomobili toqquşub. Nəticədə ”ВАЗ” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.