

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


11 mart 2025-ci il saat 12:15-dək:
Bakı şəhərinin Xəzər rayonunda umumi sahəsi 60 m² (hər mərtəbəsi 30 m²) olan köməkçi tikilinin tavanı, dam örtüyünün taxta atmaları 30 m² sahədə və qismən içərisindəki əşyalar yanıb. Tikilinin qalan hissəsi yanğından muhafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
11 mart 2025-ci il saat 09:10-dək:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şirvan şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. DYMX-nın müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "İsuzu" və “ГАЗ” markalı iki yük avtomobili toqquşub, 1 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
11 mart 2025-ci il saat 07:45-dək:
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 350 m² (hər mərtəbəsi 175 m²) olan ikimərtəbəli 9 otaqlı evin 1-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan qarajın yanar konstruksiyaları və içərisində olan ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
11 mart 2025-ci il saat 01:50-dək:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağstafa şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.
11 mart 2025-ci il saat 01:45-dək:
Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 500 m² olan fəaliyyət göstərməyən fermanın yanar konstruksiyaları 450 m² sahədə yanıb. Fermanın qalan hissəsi və bitişik tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
11 mart 2025-ci il saat 01:30-dək:
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 100 m² olan tikilinin yanar konstruksiyaları 60 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
11 mart 2025-ci il saat 00:30-dək:
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.