Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

12 iyun 2024-cü il saat 21:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.

12 iyun 2024-cü il saat 17:25-dək:

Sumqayıt şəhərində “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

12 iyun 2024-cü il saat 14:45-dək:

Bərdə şəhərində ümumi sahəsi 20 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

12 iyun 2024-cü il saat 13:50-dək:

Yevlax şəhərinin Xaldan kəndində "Hyundai" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

12 iyun 2024-cü il saat 07:55-dək:

Qəbələ şəhərində bir dam altında tikilən ümumi sahəsi 455 m² olan 13 boksdan ibarət avtomobil təmiri sexinin yanar konstruksiyaları 140 m² sahədə və içərisində təmirə dayanan "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Sexin qalan hissəsi və içərisində olan 2 ədəd avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

12 iyun 2024-cü il saat 07:50-dək:

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 40 m² olan kafenin manqalxanasının yanar konstruksiyaları 10 m² sahədə və dam örtüyünün taxta atmaları 5 m² sahədə yanıb. Yüksək temperaturdan kafenin lambirdən ibarət tavanı 30 m² sahədə qismən əriyib. Kafenin qalan hisəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

12 iyun 2024-cü il saat 07:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşlara müvafiq köməklik göstərilib.

12 iyun 2024-cü il saat 02:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.

12 iyun 2024-cü il saat 00:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şirvan şəhərində 1 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu