

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


12 mart 2025-ci il saat 07:55-dək:
Qusar rayonunun Quxuroba kəndində ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
12 mart 2025-ci il saat 07:50-dək:
Zaqatala rayonunun Faldarlı kəndində ümumi sahəsi 70 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 1,4 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
12 mart 2025-ci il saat 02:25-dək:
Füzuli rayonunun Dördüncü Zobucuq qəsəbəsində ümumi sahəsi 40 m² olan köməkçi tikilinin yanar konsturuksiyaları 15 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.