Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

13 iyun 2024-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində bir halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərə müvafiq köməklik göstərilib.

13 iyun 2024-cü il saat 07:55-dək:

Abşeron rayonunun Masazır qəsəbəsində beşmərtəbəli yaşayış binasının zirzəmisində 7 m² sahədə plastik taralar, 1 ədəd qapı və 5 p.m elektrik kabeli yanıb. Yüksək temperaturdan zirzəmidən keçən plastik su borusu 2 p.m əriyib. Zirzəmi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu