Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

13 may 2025-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 xilasetmə əməliyyatı keçirilib. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1-i uşaq olmaqla 3 nəfərə müvafiq köməklik göstərilib.

13 may 2025-ci il saat 08:10-dək:

Salyan rayonunun Aşağı Noxudlu kəndində ümumi sahəsi 48 m² olan yardımçı tikilinin yanar konstruksiyaları 32 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

13 may 2025-ci il saat 00:15-dək:

Bakı şəhərinin Qaradağ rayonunda “Ford” markalı yük avtomobilinin salonu və mühərrik hissəsi, yaxınlıqda dayanan “Mercedes” markalı yük avtomobilinin 1 ədəd qapısı, ön buferi və güzgüsü yanıb. Hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu