Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

17 may 2024-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində bir halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3-ü uşaq olmaqla 5 nəfərə müvafiq köməklik göstərilib.

17 may 2024-cü il saat 08:30-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 180 m² (hər mərtəbəsi 90 m²) olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün taxta atmaları, birinci mərtəbənin mətbəxi və ikinci mərtəbənin 2 otağının yanar konstruksiyaları 56 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

17 may 2024-cü il saat 08:00-dək:

Şəki şəhərinin Cəfərabad kəndində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus teplovozun ehtiyat yedəyinin mühərrik hissəsi, elektrik avadanlıqları və ətrafa dağılmış yağ qalıqları 2 m² sahədə yanıb. Teplovoz yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

17 may 2024-cü il saat 01:00-dək:

Zaqatala rayonunun Gözbarax kəndində ümumi sahəsi 170 m² olan birmərtəbəli 6 otaqlı evin dam örtüyü 170 m² sahədə və 3 otağının yanar konstruksiyaları 85 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu