Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

18 mart 2025-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 xilasetmə əməliyyatı keçirilib. Həyata keçirilən xilasetmə tədbiri nəticəsində 1 nəfərə müvafiq köməklik göstərilib.

18 mart 2025-ci il saat 03:40-dək:

Ucar rayonunun Alpout kəndində ümumi sahəsi 500 m² olan mağazanın yanar konstruksiyaları 440 m² sahədə, içərisində olan ərzaq, geyim malları və 17 ədəd soyuducu yanıb. Yüksək temperaturdan mağazanın qarşısında dayanan “ГА3” markalı yük avtomobilinin ön farası və güzgüsü qismən əriyib. Mağazanın qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu