
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 21 iyun 2026-cı il saat 14:00-dək
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmayıllı rayonunun Uştal kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin ən yaxın xilasetmə qüvvələri qəza yerinə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Ford" və “ВАЗ” markalı iki minik avtomobili toqquşub, 1 nəfər sıxılı vəziyyətdə qalıb. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində deformasiya olmuş avtomobildən 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
21 iyun 2026-cı il saat 09:00-dək
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı və Gəncə şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq olaraq Xüsusi Riskli Xilasetmə Xidmətinin və Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 2 əməliyyat keçirilib. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərə köməklik göstərilib, 1 nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.













