Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

21 may 2024-cü il saat 13:15-dək:

Tovuz rayonunun Əyyublu kəndində ümumi sahəsi 260 m² (hər mərtəbəsi 130 m²) olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyası 20 m² sahədə, digər iki otağın tavanı 60 m² sahədə və dam örtüyünün taxta atmaları 80 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

21 may 2024-cü il saat 11:00-dək:

Balakən şəhərində ümumi sahəsi 75 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

21 may 2024-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində iki halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərə müvafiq köməklik göstərilib.

21 may 2024-cü il saat 02:45-dək:

Salyan rayonunda ümumi sahəsi 30 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanan "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

21 may 2024-cü il saat 02:30-dək:

Qəbələ rayonunun Kötüklü kəndində ümumi sahəsi 140 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 4 ton ot bağlaması yanıb. Bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

21 may 2024-cü il saat 00:30-dək:

Qax şəhərində ümumi sahəsi 256 m² olan 6 boksdan ibarət avtomobil təmiri sexinin bir boksunun yanar konstruksiyaları 48 m² sahədə və digər boksun çardağı 24 m² sahədə yanıb. Yüksək temperaturdan bitişik boksun divarları qarsalanıb. Sexin qalan hissəsi, təmirə dayanan avtomobil və bitişik mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu