

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


23 iyul 2024-cü il saat 15:15-dək:
Ağcabədi rayonunun Bala Kəhrizli kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tiklilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
23 iyul 2024-cü il saat 15:00-dək:
Lənkəran şəhərində ümumi sahəsi 600 m² olan ikimərtəbəli (hər mərtəbəsi 300 m²) mağazanın dam örtüyünün taxta atmaları 1m² sahədə və damından keçən elektrik kabeli 5 p.m yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
23 iyul 2024-cü il saat 09:00-dək:
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində iki halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1-i uşaq olmaqla 2 nəfərə müvafiq köməklik göstərilib.