Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

24 iyul 2024-cü il saat 07:50-dək:

Cəlilabad rayonunun Sabirabad kəndində ümumi sahəsi 36 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 12 ton ot bağlaması yanıb. Yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

24 iyul 2024-cü il saat 06:10-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri yaxınlığında dənizdə batması ehtimal olunan 2 nəfərin axtarışlarının aparılması üçün müraciət daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində dənizdə qayanın üzərində köməksiz vəziyyətdə aşkarlanan hər iki şəxs təhlükəsiz əraziyə çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər.

24 iyul 2024-cü il saat 01:45-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsində yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

24 iyul 2024-cü il saat 00:35-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsində yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu