

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


25 may 2025-ci il saat 15:15-dək:
Kürdəmir şəhərində ümumi sahəsi 300 m² olan birmərtəbəli 8 otaqlı evin bir otağının tavanı 25 m² sahədə və bitişik sahəsi 5 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
25 may 2025-ci il saat 15:00-dək:
Abşeron rayonun Hökməli qəsəbəsində həyətyanı ərazidə 300 m² ərazidə quru otluq sahə, yaxınlıqda ümumi sahəsi 148 m² olan ikimərtəbəli evin 4 ədəd plastik pəncərəsi və qapısı yanıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
25 may 2025-ci il saat 14:45-dək:
Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının mənfi birinci mərtəbəsində yerləşən ümumi sahəsi 629 m² olan obyektin 1 ədəd pəncərəsi, içərisində məişət əşyaları 3 m² sahədə, bitişik sahəsi 6 m² olan köməkçi tikilinin plastikdən ibarət üzlüyü 2 m² sahədə və içərisində 1 ədəd məişət avadanlığı yanıb. Obyekt və köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
25 may 2025-ci il saat 12:45-dək:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.
25 may 2025-ci il saat 09:00-dək:
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 xilasetmə əməliyyatı keçirilib. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 4 nəfərə müvafiq köməklik göstərilib.
25 may 2025-ci il saat 06:45-dək:
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 80 m² olan, birmərtəbəli 4 otaqlı kürsülü evdə əşyalar 40 m² sahədə yanıb, yüksək temperaturdan evə bitişik lambirdən ibarət talvar və 1 ədəd su qızdırıcı qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.