Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

27 iyun 2024-cü il saat 08:50-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonunun Qəbələ şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.

27 iyun 2024-cü il saat 08:45-dək:

Lənkəran şəhərində ümumi sahəsi 16 m² olan dəmir konstruksiyadan ibarət tikilinin (fəhlələrin soyunub-geyinməsi üçün istifadə olunur) taxtadan ibarət üzlüyü və içərisindəki əşyalar 10 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

27 iyun 2024-cü il saat 08:30-dək:

Bakı şəhərinin Xəzər rayonunda fərdi yaşayış evinin həyətində ümumi sahəsi 25 m² olan külafirənginin tavanı yanıb. Külafirənginin qalan hissəsi və ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

27 iyun 2024-cü il saat 08:15-dək:

Bakı şəhərinin Sabunçu rayonunda yarımstansiyada 1 ədəd yağ açarı və 10 p.m giriş-çıxış kabeli yanıb. Yarımstansiyanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

27 iyun 2024-cü il saat 08:00-dək:

Bakı şəhərinin Qaradağ rayonunda “Ford" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

27 iyun 2024-cü il saat 07:30-dək:

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kəndində 10,2 ton ot bağlamasının 3,4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

27 iyun 2024-cü il saat 02:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu