
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 29 iyun 2026-cı il saat 09:00-dək:
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Bakı Regional Mərkəzi və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən 4 əməliyyat keçirilib. Həyata keçirilən tədbirlər nəticəsində 2-si uşaq olmaqla 4 nəfər xilas edilib, 2 nəfərə müvafiq köməklik göstərilib.













