Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Fövqəladə hallarla bağlı davranış qaydaları

Bioloji hücum təhlükəsi

Bioloji hücum bioloji (bakterioloji) silahlar vasitəsilə həyata keçirilir. Bioloji (bakterioloji) silahlar kütləvi qırğın silahlarına aiddir və insanların, flora və faunanın məhv edilməsi, ərzaq ehtiyatlarının və suyun zəhərlənməsi üçün tətbiq olunur. Bioloji (bakterioloji) silahların əsas zədələyici amillərini xəstəliktörədici mikroblar (bakteriyalar, viruslar, rikketsiyalar, göbələklər) və bakteriyaların toksinləri təşkil edir. Bu maddələr qida, hava, dəri və s. vasitəsilə orqanizmə daxil olur, sibir xorası, çiçək virusu və s. virusların yayılması ilə müxtəlif xəstəliklərə səbəb olur.

Bioloji silhların tətbiqinin əlamətləri:

  • döyüş sursatının zəif səslə partlaması və partlayış zamanı alovun olmaması;
  • binaların damı və divarlarında, yarpaqların üzərində, yollarda tozaoxşar və ya qatı maye şəkilli maddələrin olması;
  • ərazidə iri qəlpələrin və tozlandırıcı xüsusi tərtibatların qalıqlarının olması;
  • bombaların, döyüş mərmilərinin, konteynerlərin və ya müxtəlif bağlama və qabların düşdüyü yerlərdə çoxlu həşərat və ya gəmiricilərin olması;
  • əhali arasında yoluxucu xəstəliklərin yayılması, vəhşi heyvanların, ev heyvanlarının və quşların qəflətən kütləvi qırılması və yə xəstələnməsi;
  • yadda saxlayın ki, xarici mühitdə çətin aşkar olunan bəzi mikrob və toksinlər ətrafda uzun müddət yaşaya və öz mənfi təsirlərini göstərə bilər.

Bioloji hücum təhlükəsi yaranarsa:

  • rəsmi qurumların xəbərdarlığını izləyin;
  • yaşadığınız ərazinin təhlükəli rayona aid olub-olmadığını dəqiqləşdirin;
  • yayılan xəstəliyin əlamətlərini və yoluxma üsullarını öyrənməyə çalışın;
  • aidiyyəti qurumların müvafiq göstəriş və tələblərini yerinə yetirin;
  • müraciət edəcəyiniz tibb müəssisəsinin yerini dəqiqləşdirin.

Yoluxmadan qorunma yolları:

  • olduğunuz məkanın hava ilə təmasını məhdudlaşdırın;
  • gigiyenik prosedurlar və sanitar normaları yerinə yetirin, həkim məsləhətinə əməl edin;
  • ağız və burnunuzu qalın parça material ilə bağlayın;
  • bədəninizdə olan açıq yaraları qoruyun;
  • yaxşı qidalanın və dincəlin;
  • yoluxma ehtimalı olan insanlardan uzaq olun;
  • xəstəliyin əlamətlərini özünüzdə hiss etdikdə dərhal həkimə müraciət edin.

Yoluxmanın əlamətləri:

  • 37oC-dən yüksək hərarət;
  • başgicəllənmə və ürək bulanması;
  • baş ağrısı;
  • qarın boşluğunda ağrı;
  • ishal;
  • üzdə solğunluq və ya qızarma;
  • öskürək;
  • qulaqlarda ağrı;
  • burundan qatı axıntılar;
  • boğazda ağrı;
  • dəridə səpgi;
  • iştahanın olmaması və halsızlıq.
Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu