Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Fövqəladə hallarla bağlı davranış qaydaları

Çovğun (boran)

Çovğun - temperaturun kəskin surətdə dəyişməsi və güclü soyuqlarla müşayiət olunan qarın külək vasitəsilə ətrafa sovrulmasıdır.

Çovğun barədə xəbər verilibsə:

- qapı və pəncərələri kip bağlayın;

- pəncərə şüşələrinə kağız zolaqlar yapışdırın;

- evdə 2-3 günlük ərzaq, su, vacib dərman ehtiyatı və müstəqil işıq mənbəyi (fənər, şam, neft lampası) yaradın, yanacaq tədarük edin;

- eyvan və digər açıq yerlərdən külək apara biləcək əşyaları təhlükəsiz yerə yığın;

- radio, televizoru çovğun başlayanadək qoşulu saxlayın;

- qarı təmizləmək üçün lazımi alətləri əl altında saxlayın.

Çovğun zamanı:

yalnız vacib hallarda evi tərk edin. Hara getdiyiniz və nə vaxt qayıdacağınız barədə ailə üzvlərinə xəbər verin.

Çovğun zamanı avtomobil idarə edirsinizsə:

- avtomobili yalnız əsas yol və şose ilə sürün;

- maşından çıxmaq zərurəti yarandıqda maşından görünüş dairəsindən uzaq məsafəyə aralanmayın;

- yardıma ehtiyac yarandıqda avtomobildə gözləyin: bu zaman mühərriki söndürməmək də olar, lakin dəm qazı təhlükəsi ilə əlaqədar pəncərəni bir qədər açıq saxlayın.

Çovğunda piyada gedərkən yolunuzu azmısınızsa:

- rast gəldiyiniz ilk evə girib, harada olduğunuzu öyrənin, mümkünsə, çovğun səngiyənədək orada gözləyin;

- çöldə hərəkət etməyə taqətinizin qalmadığını hiss etdikdə hər hansı daldalanacağa sığının, yuxuya getməyin.

Çovğundan sonra:

- qar qalıqları altında qalan tikilidə ətraf mühitdən təcrid olmusunuzsa, buradan müstəqil xilas olmaq imkanlarını aydınlaşdırın;

- zəng edib müvafiq orqanlara məlumat verin;

- radio və televizorla çovğun barədə ən son məlumatları dinləyib göstərişlərə əməl edin;

- içəridə istiliyin saxlanılması üçün tədbir görün, ərzaq, su, yanacaq ehtiyatını qənaətlə işlədin.

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu