Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Yanğınlar

Əyində geyim yanırsa

Əyninizdəki geyim yanırsa:

- qaçmayın (bu, alovu gücləndirəcək);

- yanan geyimi tez əyninizdən çıxarın;

- su, qum, torpaq, qar tökərək, yaxud qalın parça ilə alovun üstünü möhkəm örtərək onu söndürməyə çalışın;

-geyimi çıxara bilmədikdə, yerə uzanın və

alov sönənədək döşəmə (torpaq) üzərində firlanın.

Başqasının geyimi əynində yanırsa:

-ona qaçmağa mane olun;

-yanan geyimini çıxarmağa kömək edin;

- geyimi çıxara bilmədikdə, zərərçəkmişi yerə yıxın və su, qum, torpaq, qar tökərək, yaxud qalın parça ilə alovun üstünü möhkəm örtərək onu söndürməyə çalışın. Bu zaman zərərçəkmişin başını açıq saxlayın ki, tüstüdən zəhərlənməsin;

- zərərçəkmişə ilkin yardım göstərin və təcili yardım çağırın.

Qaynar xətt

Faydalı keçidlər

e-gov.az