

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


Yanğınlar
Odsöndürücü balondan istifadə qaydaları
-odsöndürücü balonun üzərində olan yarlıqdakı məlumatla tanış olmaqla həmin balonun hansı yanğınlarda istifadə edildiyini öyrənin;
- qazla işləyən balondan bütün növ yanğınların söndürülməsində istifadə edilir;
- tozla işləyən balondan elektrik təsərrüfatında baş verən yanğınların söndürülməsində istifadə edilir;
- köpüklü balondan bərk maddə və tezalışan mayelərin yanması zamanı istifadə edilir;
- balonun üstündəki manometrin göstəricisi yaşıldırsa, balon istifadəyə yararlıdır;
- istifadə zamanı balondan xarakterik səs eşidilir;
- odsöndürücü balondan istifadə etmək üçün:
- onun üstündəki plastik möhürü qırın;
- balonun dəstəyinin arasındakı dəmir kilidi çıxarın;
- təhlükəsiz məsafədə duraraq balonun lüləsini birbaşa alova yönəldin;
- dəstəyi yavaş-yavaş sıxın;
- lüləni yuxari-aşağı, sağa-sola hərəkət etdirərək, alovu tam söndürün.