

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


Sınıqlar
Yadda Saxlayın!
• "Təcili yardım" yoldadırsa, sınmış yerə heç nə sarımayın, hərəkət etdirməyin, sabit və tərpənməz qalmasına çalışın.
• Zərərçəkmiş təxliyə olunacaqsa, ağrını azaltmaq və zədənin fəsadlaşmasının qarşısını almaq üçün sınmış nahiyəni əlaltı vasitələrlə hərəkətsizləşdirin.
• Sınmış nahiyəni olduğu vəziyyətdə hərəkətsizləşdirin, onu düzəltməyə çalışmayın.
• Əlaltı vasitələrlə sınmış yerdən yuxarı və aşağı ən azı iki, bud sümüyünün sınığı zamanı isə üç oynağı hərəkətsizləşdirin.
• Açıq sınıqlar zamanı ilk növbədə qanaxmanı dayandırın, sonra yaranın üzərini təmiz parça ilə örtüb, sınmış yeri hərəkətsizləşdirin.
• Açıq sınıqlar zamanı sınmış sümükləri yerinə salmaq, yaradan sümük qırıntılarını çıxartmaq olmaz.
• Zərərçəkmişin təxliyəsi zamanı sınmış nahiyə yardım edən şəxs tərəfindən tutulmalıdır.
Bazu sümüyünün hərəkətsizləşdirilməsi
Zərərçəkmişin yaralı qolunu dirsəkdən bükərək sinəsinə yaxınlaşdırın. Mümkünsə, qolunu dirsəkdən tutaraq dəstəklənməsini söyləyin. Qolunun altına yumşaq parça (dəsmal) qoyun.
Sınmış qolu zərərçəkənin boynundan asılmış ləçək və ya üçbucaq şəklində parçadan keçirin. Digər parçanın köməyi ilə qolu döş qəfəsinə sarıyın.
Said sümüklərinin hərəkətsizləşdirilməsi
Barmaqlar və dirsəyi əhatə edəcək uzunluqda əlaltı vasitəni saidin iç tərəfinə yerləşdirin. Ovucun içinə yumrulanmış hər hansı bir parça qoyun. Əlaltı vasitəni bir neçə yerdən saidə sarıyın.
Qolu zərərçəkmişin boynundan asılmış ləçək və ya üçbucaq şəkilində parçadan keçirin.Digər parçanın köməyi ilə ətrafı zərərçəkmişin döş qəfəsində sarıyın.
Dirsəyin hərəkətsizləşdirilməsi
Qoltuq altindan barmaq uclarına qədər uzunluqda olan əlaltı vasitəni qolun alt hissəsinə yerləşdirin.
Dirsəkdən yuxarı və aşağıdan əlaltı vasitəni qola sarıyın.
Bilək, əldarağı sümüklərinin hərəkətsizləşdirilməsi
Bilək, əldarağı sümüklərinin sınığı zamanı qolu zərərçəkmişin boynundan asılmış üçbucaq şəkilli parçanın içərisindən ( şaldan) keçirin. Əgər əlaltında heç nə yoxdursa, qolu asqıya almaq üçün sadə üsullarından istifadə edin.
Barmağın hərəkətsizləşdirilməsi
Sınmış barmağı sağlam barmaqla sarımaqla hərəkətsizləşdirin.
Yuxarı ətrafların sınıqları zamanı sadə hərəkətsizləşdirmə üsulları
Pencəyin aşağı düymələrini açın. Ətəyini yuxarı qaldırıb yaralı qolun üzərindən keçırın və iri sancaqla pencəyə birləşdirin.
Zərərçəkmişə uzunqollu köynək geyinmişsə, qolu dirsəkdən bükün və köynəyin manşetini əks tərəfdə köynəyə və уа реnсəуə sancaqla birləşdirin.
Pencəyin və уа gödəkçənin bir düyməsini açın və yaralı qolun əlini həmin yerdən içəri yerləşdirin (bilək, əldarağı sümüklərinin sınığı zamanı).
Yaralı qolun əlini zərərçəkmişin boynundan asılmış кəmər, qalstuk, şərfdən keçirin (said sümüklərinin sınığına şübhə varsa, bu üsuldan istifadə etməyin).
Bud sümüyünün hərəkətsizləşdirilməsi
Əlaltı vasitələrdən (taxta, budaq, karton və s.) birini qoltuq altından topuğa qədər, digərini isə ayaqların arasından topuğa qədər yerləşdirin. Əlaltı vasitələrlə ayaq arasında qalan boşluqlara yumşaq parça və ya pambıq yerləşdirin. Əlaltı vasitələrı döş qəfəsi, çanaq, diz, topuq altından bədənə sarıyın.
Əgər əl altında bərk bir vasitə(taxta, karton. budaq və s) yoxdursa:
Hər iki ayağın arasına yumşaq parça qoyun. Sınmış ayağı bir neçə yerdən sağlam ayağa sarıyın.
Рənсə və topuqları bir-birinə səkkizvari şəkildə sarıyın.
Baldır sümüyünün hərəkətsizləşdirilməsi
Diz və topuğu əhatə edəcək uzunluqda iki ədəd əlaltı vasitəni sınmış ətrafın hər iki tərəfinə qoyun.
Əlaltı vasitələri geniş sarğı ilə ətrafa sarıyın.
Əgər əl altında bərk bir vasitə (taxta, karton, budaq və s.) yoxdursa:
Hər iki ayağın arasına yumşaq parça qoyun. Pəncə və topuqları səkkizvarı şəkildə sarıyın.
Sınmış ayağı bir neçə yerdən sağlam ayağa sarıyın.
Pəncə və topuğun hərəkətsizləşdirilməsi
Pəncəni bir neçə dəfə qatlanmış ədyal və ya yumşaq balınc üzərində yerləşdirin.
Balıncı bir neçə yerdən balınca sarıyın.
Pəncənin altına hər hansı bir əşya qoyaraq onu bir qədər yuxarı qaldırın.