

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


Yaralanmalar
Yaralanmalar zamanı qadağandır:
yaranı su ilə yumaq;
yaraya spirtli dərman preparatlari (yod, spirt) tökmək; yaraya məlhəmli sərgi qoymaq, dərman tökmək, pambıq ilə örtmək;
yaradan sümük qırıntları, qan laxtasını xaric etmək;
yaradan kənara çıxmış orqanları yerinə salmaq;
yaradan kənara çıxan orqanların üzərinə SIXICI sarğı və
soyuq kompres qoymaq;
yaraya batmış yad cismi xaric etmək;
döş qəfəsi, qarın yaralanmaları zamanı zərərçəkmişə maye içirmək.
Döş qəfəsinin dəlici yaralanmaları zamanı ilk yardım
Yarada yad cisim yoxdursa, dərhal yaranı ovucunuzla bağlayıb, ora havanın keçməsinin qarşısını alın (yaralının huşu aydındırsa, öz əli ilə yara deşiyini bağlamasına nail olun). Dəlib-keçən yaralanmalar zamanı yaranın həm giriş, həm də çıxış yerləri bağlanmalıdır.
Zərərçəkmişə yarıoturaq vəziyyət verin. Yaranın üzərini təmiz, hava keçirməyən(polietilen torba, alüminium folqa və s.)materialla örtün. Yapışqan bantlarla və ya sarğı ilə üç kənarından ( havanın nəfəsvermə zamanı döş qəfəsindən xaric olması, nəfəsalma zamanı isə daxıl olmaması üçün) döş qəfəsinə bərkidin. Yaralı tərəfə əyilməsinə imkan yaradın. Yaradan yad cismi çıxarmaq olmaz!
"Təcili yardım” çağırın. Əgər zərərçəkmişin huşsuz vəziyyətdədirsə, tənəffüsünü və nəbzini yoxlayın. Lazım gələrsə, ürək-ağciyər reanimasiyası tədbirlərini həyata keçirin. Zərərçəkmişin huşsuz vəziyyətdədir, lakin tənəffüs edirsə, ona yan vəziyyəti(sağlam tərəf yuxarıda olmaq şərtilə) verin.
Qarının dəlici yaralanmalaı zamanı ilk yardım
Zərərçəkmişin huşu aydındırsa, ona arxası üstə, ayaqları bir qədər bükülmüş vəziyyət verin.Dizlərinin altına yastıq şəklinə salınmış hər hansı əlaltı vasitə qoyun. “Təcili yardım” çağırın. Tənəffüsünü və nəbzini nəzarətdə saxlayın.
Qarından kənara çıxmış orqanları yerinə salmaq olmaz!
Qarından kənara çıxmış orqanları yara üzərinə yığıb üzərini təmiz, ilıq su ilə isladılmış parça ilə örtün. Polietilen torba, alüminium folqadan da istifadə etmək olar.
Yarada yad cisim varsa, onun bint və ya təmiz parçanın köməyi ilə olduğu vəziyyətdə sabit qalmasına nail olun. Yaradan yad cismi çıxarmaq olmaz!