Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Bakıda keçirilən nüfuzlu tədbirdə radiasiya təhlükəsizliyi FHN tərəfindən təmin edilir

Bakıda keçirilən nüfuzlu tədbirdə radiasiya təhlükəsizliyi FHN tərəfindən təmin edilir

31 avqust – 5 sentyabr 2025-ci il tarixlərində Bakı Konqres Mərkəzində keçirilən Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin 49-cu Dünya Finalında radiasiya təhlükəsizliyinin təmin edilməsi Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

Belə ki, 70 ölkənin 140 ali təhsil müəssisəsini təmsil edən komandaların iştirak etdiyi yarışdan əvvəl ərazidə radiasiya təhlükəsizliyi üzrə yoxlamalar aparılıb. Hazırda Agentliyin dozimetr və spektrometrlərlə təchiz edilmiş əməkdaşları tədbir müddətində fasiləsiz nəzarəti təmin edirlər.

Qeyd edək ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Nüvə Təhlükəsizliyi və Mühafizəsi Departamenti tərəfindən “Böyük ictimai tədbirlər üçün nüvə təhlükəsizliyi” Proqramı çərçivəsində ölkəyə müvəqqəti idxal edilən cihazlar da tədbirin radiasiya təhlükəsizliyi məqsədilə istifadə olunur.

Aparılan yoxlamalar zamanı heç bir radioaktiv material və çirklənmə aşkar edilməyib.

Digər Məlumatlar

Qaynar xətt
Tibb Xidmeti
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu