Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib (video, foto)

FHN Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin təşkilatçılığı ilə Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşı üçün maarifləndirmə tədbiri keçirilib.

Tədbirin keçirilməsində məqsəd Komitənin əməkdaşlarına fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması olub.

Əvvəlcə, FHN-in əməkdaşları tərəfindən Komitənin bir qrup əməkdaşına yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş olunub.

Tədbirdə əməkdaşların yanğın təhlükəsizliyi qaydaları barədə mütəmadi maarifləndirilməsi, müəssisələrdə fəaliyyət göstərən elektrik cihaz və qurğularının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılaraq istismar edilməsi, həmin avadanlıqlara dövri qulluqların və müayinələrin keçirilməsinin zəruriliyi vurğulanıb. Həmçinin, ilkin yanğınsöndürmə vasitələrinin və avtomatik yanğınsöndürmə sistemlərinin daim işlək vəziyyətdə olmasının, müəssisələrin və ərazilərin təmiz saxlanılmasına dair tələblərin yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

Daha sonra tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.

Digər Məlumatlar

Qaynar xətt
Tibb Xidmeti
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu