
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
FHN-in Aran Regional Mərkəzi təlim keçirib (video, foto)
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 2026-cı ilin hazırlıq planına uyğun olaraq “Dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan vətəndaşların xilas edilməsi” mövzusunda təlim keçirib.
Təlimin keçirilməsində əsas məqsəd xilasedicilərin mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə xilasetmə əməliyyatlarının aparılması üzrə bacarıq və vərdişlərinin daha da təkmilləşdirilməsi olub.
Təlim zamanı mürəkkəb relyefli ərazidə şərti köməksiz vəziyyətdə qalmış “zərərçəkmişlər” xüsusi vasitələrlə “xilas edilərək onlara ilk yardım” göstərilib.
Uğurla keçən təlimin sonunda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.



































