Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in Bakı Regional Mərkəzində “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirilib

FHN-in Bakı Regional Mərkəzində “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar “Heydər Əliyev ideyalarında şəhərsalma, memarlıq və insan təhlükəsizliyi” mövzusunda tədbir keçirilib.

FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Bakı Regional Mərkəzinin şəxsi heyəti, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Dövlət Yanğın Nəzarəti Xidməti, eləcə də Azərbaycan Memarlar İttifaqının nümayəndələri iştirakı ediblər.

Tədbiri giriş sözü ilə açan Regional Mərkəzin rəisi polkovnik Elnur Məhərrəmov ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətini qeyd edərək, təsdiq olunmuş tədbirlər planının müvafiq bəndlərinin icrası ilə bağlı qarşıda duran aidiyyəti məsələlərdən danışıb.

Tədbirdə çıxış edən Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Regional mərkəzlərlə işin təşkili idarəsinin rəis müavini Namiq Bağırzadə və digər natiqlər şəhərsalma və memarlıqla bağlı sağlam və dayanıqlı mühitin formalaşdırılması, tikinti qanunvericiliyi, norma və qaydaları barədə ətraflı məlumat veriblər.

Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin şəhərsalma və memarlıq sahəsindəki müstəsna xidmətlərini əks etdirən videoçarx nümayiş olunub.

Digər Məlumatlar

Qaynar xətt
Tibb Xidmeti
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu