
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
AZ
6 Noyabr, 2025
FHN-in əməkdaşı dünya çempionatında bürünc medal qazanıb
Fransanın paytaxtı Paris şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatının fərdi yarışlarına yekun vurulub.
Beynəlxalq turnirdə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Corat xilasetmə məntəqəsinin rəisi daxili xidmət baş çavuşu Vüqar Babayev də iştirak edib.
M-3 kateqoriyasında, 66 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Babayev dünya çempionatının bürünc medalını qazanıb.


















