Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in əməkdaşı ölkə çempionatında 2 qızıl medal qazanıb

FHN-in əməkdaşı ölkə çempionatında 2 qızıl medal qazanıb

29–30 mart 2026-cı il tarixlərində Azərbaycan Texniki Universitetinin idman zalında Gənclər və İdman Nazirliyi, Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının təşkilatçılığı ilə stronqmen, stronqmen deadlift, strikt kyorl, stritliftinq və armliftinq idman növləri üzrə ölkə çempionatı keçirilib.

Çempionatda şəhər və rayonlardan, idman cəmiyyətlərindən və klublardan ümumilikdə 100-dən çox idmançı fərqli kateqoriyalar üzrə mübarizə apararaq öz qüvvələrini sınayıblar.

Yarışda 80kq çəki dərəcəsində iştirak edən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı baş leytenant Rövşən Xəlilov stronqmen və stronqmen deadlift (ağırlığın yerdən qaldırılması) kateqoriyaları üzrə bütün rəqiblərini üstələyərək iki qızıl medal qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qalib Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və medal ilə təltif olunub.

Qeyd edək ki, pauerliftinq üzrə altıqat dünya və üçqat Avropa çempionu olmuş Rövşən Xəlilov Azərbaycan Respublikasının fəxri idman ustasıdır.

Digər Məlumatlar

Qaynar xətt
Tibb Xidmeti
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu