

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


AZ
9 May, 2024
FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində yüksək nəticə göstərib
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumları arasında keçirilən minifutbol turnirinə yekun vurulub.
52 dövlət qurumunun komandasının iştirak etdiyi və gərgin idman mübarizəsi şəraitində keçən turnirdə Fövqəladə Hallar Nazirliyinin komandası ikinci yerin sahibi olub.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan və 25 noyabr 2023-cü ildə start götürən minifutbol turniri Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə keçirilib.