

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


17 Mart, 2025
FHN-in Qarabağ Regional Mərkəzi ağacəkmə aksiyası keçirib
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirib.
Aksiyanın keçirilməsində məqsəd ölkəmizdə ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması və ekoloji təhlükəsizliyin təmin edilməsinə töhfə verməkdən ibarət olub.
Mərkəzin ərazisində keçirilən ağacəkmə aksiyasında Qarabağ Regional Mərkəzinin şəxsi heyəti, eləcə də Nazirliyin regionda fəaliyyət göstərən qurumlarının nümayəndələri iştirak ediblər.