
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
FHN-in qurumları arasında voleybol çempionatına yekun vurulub
19-23 oktyabr 2026-cı il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun arenasında Nazirliyin qurumları arasında voleybol üzrə çempionat keçirilib.
Çempionatda FHN-in Aparatı və qurumlarının ümumilikdə 11 komandasından 110-a yaxın əməkdaş iştirak edib.
Yarışın baş hakimi Asif Əliyev olub.
Çempionatın finalında Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (TTNDA) ilə Dövlət Yanğından Mühafizə Xidmətinin komandaları qarşılaşıb. TTNDA-nın komandası rəqibinə 3:1 hesabı ilə qalib gələrək çempion adına yiyələnib.
FHN-in İdman-sağlamlıq klubunun (İSK) isə bürünc medala sahib çıxıb.
Final qarşılaşmasından sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirin açılışında çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev nazirliyin idmançılarının ayrı-ayrı yarışlarda nümayiş etdirdikləri əzmkar mübarizədən, qazanılmış nailiyyətlərin əhəmiyyətindən danışıb, çempionatda yer tutmuş komandaları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.
Sonda qaliblər kubok, diplom və medallarla mükafatlandırılıb.
Hakimlərin yekun qiymətləndirməsinə görə, MMQ-nın komandası “Çempionatın əzmkar komandası” adına layiq görülüb.
Çempionatın keçirilməsində hakimlik fəaliyyətinə görə Elçin Orucov, göstərdikləri tibbi xidmətlərə görə isə FHN-in Tibb Xidmətinin əməkdaşları fəxri fərmanla təltif olunublar.
























