
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
FHN Kürdəmir rayonunda müşavirə keçirib
Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi Aran Regonal Mərkəzi ilə birgə Kürdəmir rayonunda “Əhalinin fövqəladə hallara qarşı hazırlığının və məlumatlılıq səviyyəsinin artırılması sahəsində birgə fəaliyyətin rolu” mövzusunda müşavirə keçirib.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin müvafiq struktur bölmələrinin, Kürdəmir Rayon İcra Hakimiyyətinin, aidiyyəti idarə, müəssisə və təşkilatların, yerli özünüidarəetmə orqanlarının rəhbər şəxsləri iştirak ediblər.
Müşavirənin keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkili, görülən işlər, qarşıda duran problemlər və onların həlli yollarının müzakirəsi olub.
Tədbirdə fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı aidiyyəti qurumların koordinasiyalı fəaliyyətinin əhəmiyyətindən bəhs olunub, FHN-lə yerli icra orqanları arasında qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və görülmüş işlər təhlil edilib, gələcək planların müzakirəsi aparılıb.
İnteraktiv formatda davam etdirilən müşavirədə birgə fəaliyyətin daha da təkmilləşdirilməsinə dair təkliflər səsləndirilib, suallar cavablandırılıb.


























